MƏDƏNİYYƏT


Dünya Teatr Günü münasibətilə Türkiyədə 31 əsər səhnələşdirilir

İstanbul, 13 mart, AZƏRTAC

27 mart - Dünya Teatr Günü münasibətilə Türkiyədə səhnələşdirilən 31 əsər vətəndaşlara ödənişsiz təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Dövlət Teatrları Baş Müdirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, layihənin əsas məqsədi əvvəllər teatra getməyən vətəndaşları incəsənətin bu növü ilə tanış etməkdir. Əsərlər Türkiyənin müxtəlif bölgələrinin 25 səhnəsində tamaşaçıya təqdim ediləcək.

Tamaşalara ümumilikdə 12 min nəfərin gələcəyi nəzərdə tutulur.

Layihə çərçivəsində uşaqlar üçün də 3 əsər səhnəyə qoyulacaq.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.