MƏDƏNİYYƏT


Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdirilir

Madrid, 13 sentyabr, AZƏRTAC

Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdirilir.

AZƏERAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının 23-cü sessiyası çərçivəsində təşkilatın Baş katibi Zurab Pololikaşvili Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovla görüşü zamanı səsləndirib.

Baş katib Z.Pololikaşvili DTT-nin 2019-cu ilin iyununda Bakı şəhərində uğurla baş tutmuş 110-cu sessiyasından bəhs edərək, ölkəmizdə son zamanlar turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu baxımdan rəhbərlik etdiyi təşkilatla ölkəmiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu bildirib, perspektivdə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçirilən DTT-nin Baş Assambleyasının 23-cü sessiyasında ölkəmiz Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbir çərçivəsində İcraiyyə Şurasının 111-ci sessiyası baş tutub, İcraiyyə Şurasının növbəti 112-ci sessiyasının Gürcüstanda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.