YUBİLEY TƏBRİKLƏRİ
Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Bolqarıstanın BTA agentliyinin baş direktoru
Maksim Minçev
-Hörmətli cənab Aslanov, hörmətli AZƏRTAC-dan olan həmkarlar, icazə verin BTA əməkdaşları və şəxsən özümün AZƏRTAC-ın 100-cü ildönümü ilə əlaqədar səmimi təbriklərini çatdırım. Bu illər ərzində sizin agentliyiniz dünyada ən nüfuzlu və hörmətli agentliklərdən birinə çevrilmişdir. Biz əminik ki, siz qarşıdan gələn illərdə də son dərəcədə peşəkar və düzgün fəaliyyət göstərməyə davam edəcəksiniz. Sizə nüfuzlu və çox mühüm işinizdə uğurlar, tərəqqi və böyük nailiyyətlər arzulayırıq. Biz həmçinin ümid edirik ki, AZƏRTAC və BTA qarşıdan gələn illərdə də öz yaxın dostluq əlaqələrini məhsuldar və qarşılıqlı faydalı şəkildə davam etdirəcək. Əziz dostlarim, təbriklər.