REGİONLAR


“Dünya adlanan yer” rəsm müsabiqə-sərgisində 100-ə yaxın əl işi nümayiş olunub

Ağsu, 5 iyun, AZƏRTAC

Ağsuda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində qüdrətli söz ustadının şərəfinə “Dünya adlanan yer” adlı rəsm müsabiqə-sərgisi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına parkda açıq havada baş tutan müsabiqə-sərgidə istedadlı yeniyetmə və gənc rəsm həvəskarlarının əl işlərindən ibarət 100-ə yaxın rəsm nümayiş olunub.

Müsabiqə-sərgi məktəblilər arasında bədii düşüncə tərzinin, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə uşaqların asudə vaxtının səmərəli təşkili, gənc nəslin Nizami Gəncəvi yaradıcılığı ilə yaxından tanış olması, istedadlı uşaqların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, rəssamlıq sənətinə marağın stimullaşdırılması məqsədi ilə təşkil edilib.

Tamaşaçıların da rəyini nəzərə alan münsiflər heyəti sərgidə ustalığı ilə seçilən əl işlərinə üstünlük verib, ən gözəl rəsmlərin qalibləri diplomla təltif olunublar.

Qeyd edək ki, tədbirdə nümayiş olunan rəsm əsərlərinin bu ilin sonunadək Ağsu rayon Heydər Əliyev Mərkəzində sərgilənməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.