CƏMİYYƏT


Dünya azərbaycanlıları Türkiyəyə həmrəylik nümayiş etdirirlər

İstanbul, 4 avqust, AZƏRTAC

Türkiyənin müxtəlif bölgələrində baş verən güclü meşə yanğınları ağır fəsadlar törətməklə fauna və floranı məhv edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, baş verən bu hadisə soydaşlarımızı, o cümlədən dünya azərbaycanlılarını, xaricdə yaşayan həmvətənlərimizi də dərindən sarsıdıb.

Bildirilib ki, Türkiyənin tezliklə bu fəlakətin öhdəsindən gələcəyinə inam tamdır. Buna dəstək olaraq Azərbaycan Türkiyə diasporu ilə birlik və həmrəylik nümayiş etdirərək “yaşıl don”un yenidən bərpa edilməsi üçün “hərəmiz bir fidan olaq” adlı ağacəkmə kampaniyasına start verib. Kampaniyanın başladılmasında əsas məqsəd hər zaman olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə, milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə sahib qardaş ölkə ilə həmrəylik nümayiş etdirməkdir. Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin humanitar kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini verəcək.

Qeyd olunub ki, bu addım ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir. Azərbaycan diasporu Türkiyənin yanındadır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.