SİYASƏT
Dünya azərbaycanlılarının III qurultayı Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir
Bakı, 7 iyul (AZƏRTAC). Bu gün erməni diasporu və ermənilərlə eyni düşmən mövqedən çıxış edən qüvvələr Azərbaycana və Türkiyəyə qarşı böhtan dolu yalan məlumatlar yayırlar. Bunun qarşısını almaq üçün azərbaycanlıların və türklərin birliyi, eyni mövqedən çıxış etmələri və bu cür yalan və təxribatlara qarşı birgə mübarizə aparmaları lazımdır. Ona görə də hesab edirəm ki, Dünya azərbaycanlılarının qurultaylarının Bakıda keçirilməsi olduqca düzgün və gələcəyə istiqamətlənmiş addımlardır. Bu baxımdan III qurultayda Azərbaycan, eləcə də Türkiyə ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında olduqca mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Tuğrul Türkeş demişdir.
T.Türkeş qurultaya dəvətə və onlara göstərilən qonaqpərvərliyə görə, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. MHP sədrinin müavini vurğulamışdır ki, Dünya azərbaycanlıların qurultayından sonra lobbiçilik və təbliğat sahəsində daha çox işlər görülməlidir və görüləcəkdir.