SİYASƏT


Dünya azərbaycanlılarının lll qurultayında qarşıya qoyulmuş vəzifələr Bişkekdə müzakirə olunmuşdur

Bakı, 23 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı – Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərinin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Bişkekdə bir qrup ziyalılarla görüşmüşdür.

Dünya azərbaycanlılarının daha yüksək səviyyədə təşkilatlanması baxımından qurultayın əhəmiyyətini xüsusi qeyd edən N.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin nitqində səsləndirdiyi “diplomatiyamız hücum diplomatiyası olmalıdır” tezisindən irəli gələn məqsəd və vəzifələrdən danışmışdır.

Görüş iştirakçıları Dünya azərbaycanlılarının lll qurultayının yekunlarını yüksək qiymətləndirmiş, qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsində, Azərbaycanın dünyada təbliği istiqamətində diaspor təşkilatlarının fəallığının artırılmasının vacibliyini vurğulamışlar.

Tədbirdə Türkdilli Dövlətlərinin Siyasətinə Dəstək Fondunun fəaliyyəti də yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi”, eləcə də digər müəlliflərin - “Azərbaycan XVIII-XIX əsrlərdə” və “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” kitablarının Fond tərəfindən Bişkekdə nəşr etdirilməsi və pulsuz yayılması qurumun fəaliyyətində hücum diplomatiyasına önəm verilməsinin bariz nümunəsidir. Bildirilmişdir ki, Fond gələcəkdə də qırğız ziyalıları ilə birgə öz fəaliyyətini daha geniş şəkildə davam etdirəcəkdir.

Qeyd edək ki, Dünya azərbaycanlılarının III qurultayında bir qrup ictimai xadim Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək orden və medalları ilə təltif olunmuşdur. N.Məmmədov da “Tərəqqi” medalı ilə təltif edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.