SİYASƏT


Dünya azərbaycanlılarının milli-mənəvi birliyinin möhkəmləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir

Bakı, 29 dekabr, AZƏRTAC

Fransanın Nant şəhərində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri, təşkilat rəhbərləri, diaspor fəalları və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis tarixindən və əhəmiyyətindən danışıb. O, bu əlamətdar tarixin elan olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Toğrul Zeynalov Ulu Öndərin azərbaycançılıq ideyalarını yaşadan Prezident İlham Əliyevin milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, habelə dünya azərbaycanlılarının milli-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev soydaşlarımızı Azərbaycanın milli maraqları naminə daha fəal olmağa və sıx birləşməyə çağırıb.

Koordinasiya Şurasında təmsil olunan Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva da dünya azərbaycanlılarının həmrəyliyinin və azərbaycançılıq ideyalarının yaranmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb, eyni zamanda, bu gün Azərbaycan dövlətinin diaspora göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.