İDMAN


Dünya birinciliyi: Bu gün iki boksçumuz rinqə çıxacaq

Bakı, 17 aprel, AZƏRTAC

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Belə ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Komandamızın digər üzvü Nicat Hüseynov (49 kq) isə səkkizdəbir finalda Salvator Di Noto (İtaliya) - Allan Morozov (Estoniya) cütünün qalibi ilə görüşəcək. Yarışlar Bakı vaxtilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvlərindən Əli Zamanov (52 kq) dörddəbir, Cəlal Qurbanov (60 kq) səkkizdəbir finala yüksəliblər.

Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnir aprelin 23-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.