İDMAN


Dünya birinciliyi: Taekvondoçumuz yarımfinala vəsiqə qazanıb

Bakı, 30 iyul, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub. Taekvondoçularımızdan 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Fuad Məhərrəmli yarımfinala vəsiqə qazanıb. Bu, artıq bürünc medalın təmin olunmasıdır.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Mehdi Budaqlı (33 kq) dünya birinciliyində keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub.

Yarış iyulun 31-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.