SİYASƏT


Dünya birliyi Ermənistanı təxribatçı əməllərinə və beynəlxalq qanunları pozduğuna görə cəzalandırmalıdır

Bakı, 12 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən yararlanır.

Bu fikri AZƏRTAC-a Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.

A.Mirzəyev deyib ki, Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ bölgəsində və ətraf yeddi rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi dəyərləndirib. Artıq Livandakı bir neçə erməni ailəsi bölgədə, xüsusilə Şuşa şəhərində yerləşdirilib. Bunu sübut edən aerokosmik görüntülər və videoçəkilişlər də var.

“Bu da bir faktdır ki, Ermənistan hökuməti uzun illərdir Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin bir hissəsidir. Məskunlaşdırma və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu addımlar bir daha Ermənistan hakimiyyətinin sülh danışıqlarına hazır olmadığını göstərir. Onlar yalnız və yalnız təxribat əməlləri törətməkdə maraqlıdırlar. Beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Dünya birliyi mütləq təcavüzkarın təxribatçı əməllərini pisləməli və beynəlxalq qanunları pozduğuna görə onu cəzalandırmalıdır”, - deyə A.Mirzəyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.