SİYASƏT


Dünya birliyi Ermənistanın uşaqlardan müharibədə istifadə etməsi məsələsinə hüquqi qiymət verməlidir

Bakı, 25 oktyabr, AZƏRTAC

Hər keçən gün ərzində yeni-yeni məğlubiyyətlərlə üzləşən, rəşadətli ordumuz qarşısında tab gətirə bilməyən işğalçı Ermənistan heyfini dinc, mülki insanlardan, o cümlədən uşaqlardan çıxır. Bu da Ermənistan hakimiyyətinin faşist mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu, işğalçı Ermənistanın uşaqlara qarşı həyata keçirdiyi yeganə cinayət deyil. Bildiyimiz kimi, hələ birinci Qarabağ müharibəsi zamanı işğalçı ölkənin əsgərləri azərbaycanlı uşaqlara qarşı misli görünməmiş vəhşiliklər törədiblər. Təcavüzkar dövlət həm də erməni uşaqlara qarşı cinayətlər törədir və bu da onların faşist mahiyyətindən irəli gəlir. Belə ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib. İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmələrdən istifadə etdiyi əks olunur. Beləliklə, Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edən işğalçı Ermənistanın bununla çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris Konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərini və normalarını pozması tam şəkildə sübuta yetirilir. Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunması müəyyən edilib. Dünya birliyi heç olmasa indi hərəkətə keçməli, Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) və Cenevrə konvensiyalarının tələblərini pozan Ermənistan hökuməti tərəfindən verilən, insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara hüquqi qiymət verilməli, onların məsuliyyəti müəyyənləşdiriliməlidir”.

Deputat onu da bildirib ki, işğalçı Ermənistanın cəbhədə acınacaqlı məğlubiyyətə uğraması nəticəsində bu ölkənin daxilində ruh düşkünlüyü və mənəvi deqradasiya ən yüksək həddə çatıb. Bu gün erməni valideynləri öz övladlarını Qarabağda döyüşə göndərməmək üçün bütün yollara əl atırlar. Elə erməni KİV-lərində yayılan xəbərlər də bunu təsdiqləyir. Həmin xəbərlərdə qeyd edilir ki, Ermənistanda hərbi çağırışçılar koronavirus xəstəsi olmaqla bağlı saxta arayış alaraq hərbidən yayınırlar. Bu barədə ermənilər özləri sosial şəbəkələrdə etdikləri paylaşımlarda bildirirdilər. Ermənilər bunu onunla əsaslandırırlar ki, cəbhəyə gedib qurban olmaq istəmirlər. Ermənistanda saxta COVID-19 arayışı isə 1000-2000 dollar arasında qiymətə əldə olunur. Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi çağırışçılara rüşvət müqabilində saxta COVID-19 arayışı verən həkimi həbs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.