QAN YADDAŞI


Dünya birliyinin Ermənistanın təcavüzkar siyasətinə biganə yanaşması təəssüf doğurur

Dünya birliyinin Ermənistanın təcavüzkar siyasətinə biganə yanaşması təəssüf doğurur

Bakı, 31 mart, AZƏRTAC

Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək ermənilərin zamanla azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs edib, 31 mart soyqırımının bu cinayətlərin ən dəhşətlilərindən olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini söyləyən icra başçısının müavini Azərbaycan ordusunun bu gün işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etmək qüdrətinə malik olduğunu vurğulayıb.

Mərasimdə digər çıxış edənlər soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, ermənilərin bu təcavüzkar siyasətinin indi də davam etdirildiyini, dünya birliyinin buna biganə yanaşmasının təəssüf doğurduğunu bildiriblər. Onlar Xocalı faciəsinin erməni faşistlərinin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamı olduğunu qeyd ediblər. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin önəmi vurğulanıb.

Tədbir Pirallahı rayonunda yerləşən orta məktəb şagirdlərinin ifasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.