İDMAN
Dünya çempionatı 2022: Braziliya növbəti qələbəsini qazanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, günün üçüncü qarşılaşması G qrupunda Braziliya və İsveçrə milliləri arasında keçirilib. Görüş Braziliya yığmasının üstünlüyü şəraitində keçib. “Sambaçı”lar yalnız matçın 83-cü dəqiqəsində istəklərinə nail olublar, Kazemiro İsveçrə yığmasını məyus edib.
Bununla da Braziliya G qrupunda liderliyini möhkəmləndirərək pley-offa vəsiqəni təmin edib. İsveçrə isə 2 oyuna üç xal toplayaraq pley-off şanlarını saxlayıb.
Qeyd edək ki, bundan əvvəl Fransa da pley-offa vəsiqəni təmin etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]