İDMAN
Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız başa vurub
Bakı, 11 iyun, AZƏRTAC
Budapeştdə keçirilən dünya çempionatında daha bir cüdoçumuz mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar Qasımov onaltıdabir finalda gürcüstanlı İliya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan E.Qasımov yarışda mübarizəni dayandırıb.
Bundan əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvləri Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə beşinci pillədə qərarlaşıblar.
Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]