İDMAN


Dünya çempionatı: Qadın güləşçilərin mübarizəsi davam edir

Bakı, 24 avqust, AZƏRTAC

Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə 48, 53, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulublar.

Bu gün xalça üzərinə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) çıxacaqlar.

1/8 finalda Türkan Nəsirovanın rəqibi argentinalı Patricia Alejandra Bermudez olacaq, Elis Manolova isə bu mərhələdə Rusiya təmsilçisi Anastasia Bratçikova ilə qarşılaşacaq.

1/16 final mərhələsində Leyla Qurbanova türkiyəli Sumeyya Zeybek Sezerə qarşı yarışacaq, Tatyana Omelçenko isə Latviya güləşçisi Anastasija Qriqoryeva ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.