İDMAN


Dünya çempionatı: Şahmatçılarımız Rusiya və Fransa yığmalarına uduzublar

Bakı, 28 sentyabr, AZƏRTAC

Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının üçüncü və dördüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası üçüncü və dördüncü turlarda Rusiya və Fransa komandalarına 0,5:3,5 hesabı ilə məğlub olub.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.