İDMAN
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəni davam etdirirlər
Bakı, 25 avqust, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokio şəhərində cüdo üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günü kişilər arasında 60 kiloqram çəkidə mübarizə aparan Davud Məmmədsoy ilk qarşılaşmada Tornik Çjakodeaya (Hollandiya) qalib gəlsə də, sonrakı mərhələdə Khyar Valideyə (Fransa) uduzub. Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı ilk görüşündə ukraynalı idmançı Marina Çernyakı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz ikinci qarşılaşmada serbiyalı Milica Nikolicə məğlub olub. Həmin çəkidə digər qadın cüdoçumuz Leyla Əliyeva ilk mərhələdə portuqaliyalı Katerina Kosta ilə qarşılaşma zamanı 3 xəbərdarlıqla tatamini tərk edib.
Dünya çempionatına Azərbaycan komandası 15 cüdoçu ilə qatılıb.
Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]