İDMAN
Dünya çempionatında beş yunan-Roma güləşçimizin rəqibi müəyyənləşib
Bakı, 15 avqust, AZƏRTAC
Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 16-da yarışların beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Səkkizdəbir final mərhələsində Zaur Əliyev (55 kq) Nurməhəmməd Abdullayevlə (Qırğızıstan), eyni mərhələdə Zaur Nuriyev (63 kq) Alston Con Nutterlə (ABŞ) gücünü sınayacaq.
Təsnifat mərhələsində Nəsir Həsənov (77 kq) Mikita Kazakovla (Belarus), Laçın Vəliyev (87 kq) David Losonçi (Macarıstan), Sərxan Məmmədov (130 kq) isə Yusif Əhməd Həmdi İssa (Misir) ilə güləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]