İDMAN


Dünya çempionatında iştirak edəcək idman gimnastlarımız müəyyənləşib

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 18-dən 24-dək Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsinə istinadla xəbər verir ki, millimizin dünya çempionatı üçün heyəti açıqlanıb.

Çempionatda ölkəmizi İvan Tixonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcəklər.

Turnirdə 59 ölkədən 239 kişi və 154 qadın gimnast birincilik uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.