İDMAN


Dünya çempionatında kişilər arasında ikili mini-batut üzrə fərdi yarışların finalçılar bəlli olub

Bakı, 18 noyabr, AZƏRTAC

Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatında kişilər arasında ikili mini-batut üzrə fərdi yarışlarda finalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində uğurla çıxış edən Mixail Zalomin, Vasiliy Makarskiy (hər ikisi Rusiya Gimnastika Federasiyası), ABŞ təmsilçiləri Ruben Padilla, Aleksander Renkert, İspaniya gimnastları David Franko, Abdres Martinez, argentinalı Federiko Kuri və Portuqaliya idmançısı Dioqo Kabral finala vəsiqə qazanıblar.

Kişilər arasında ikili mini-batut üzrə fərdi proqram üzrə final yarışı noyabrın 20-də təşkil olunacaq.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.