İDMAN


Dünya çempionatında qadın güləşçilərimizin rəqibləri müəyyənləşib

Bakı, 14 avqust, AZƏRTAC

Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 15-də, yarışların dördüncü günündə 53, 57, 62, 65 və 72 kiloqramda çıxış edən qadın güləşçilər mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və rəqiblər müəyyənləşib.

Səkkizdəbir finalda güləşçimiz Jalə Əliyeva (62 kq) yaponiyalı Yuzuka İnaqaki, Ceyla Nağızadə (65 kq) ukraynalı Oksana Çudik ilə mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.