İDMAN


Dünya çempionatında qadınlar arasında batut gimnastikası üzrə komanda yarışlarının qalibləri müəyyənləşib

Bakı, 19 noyabr, AZƏRTAC

Bakıda keçirilən dünya çempionatında qadınlar arasında batut gimnastikası üzrə komanda yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yaponiyalı gimnastlar 164,245 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olublar.

İlk üçlükdə Çin (163,250 xal) və Rusiya Gimnastika Federasiyasının (162,920 xal) komandaları yer alıblar.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.