İDMAN


Dünya çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər

Bakı, 10 oktyabr, AZƏRTAC

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub. Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medala layiq görülüblər.

Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığmamız 7-ci yeri tutub.

Qeyd edək ki, mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.