İDMAN


Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin ilkin siyahısı müəyyənləşib

Bakı, 19 noyabr, AZƏRTAC

Qətərdə 2022-ci ildə təşkil ediləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin ilkin siyahısı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dekabrın 7-də baş tutacaq püşkatmada komandalar 6 səbətə bölünəcək. Belə ki, bu səbətlərin beşində 10, birində isə 5 yığma olacaq. Noyabrın 26-da açıqlanacaq FIFA reytinqinə əsasən, səbətlər rəsmiləşəcək. Onu da qeyd edək ki, artıq reytinqlə bağlı təxminlərə əsasən, səbətlər məlumdur.

Azərbaycan yığması 5-ci səbətdədir.

Birinci səbətdə Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland, ikinci səbətdə İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya, üçüncü səbətdə Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya, dördüncü səbətdə Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq, beşinci səbətdə Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra, altıncı səbətdə Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, Ermənistan, San-Marino yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.