İDMAN


Dünya çempionatının bürünc medalçısı Murad Məmmədov: Bir qədər tələskənlik finalı əlimdən aldı

Bakı, 11 oktyabr, AZƏRTAC

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. İlk dəfə 2018-ci ildə böyüklərin dünya çempionatında iştirak edən təmsilçimiz ikinci cəhdində fəxri kürsüyə qalxıb. Daha öncə Avropa ikincisi olan M.Məmmədov bu dəfə dünya üçüncüsü ünvanına sahib çıxıb.

AZƏRTAC xəbər verir ki, M.Məmmədov Oslodakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib. Qeyd edib ki, yarış çox yüksək səviyyədə keçdi. Dünya çempionatında zəif rəqib olmur. Təlim-məşq toplanışlarını yaxşı keçmişdik. Beş görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisi ilə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbirli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını üçüncü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, dünya çempionatında ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.