İDMAN


Dünya çempionatının ikinci mərhələsində millimiz ilk oyunda İtaliya yığması ilə qarşılaşacaq

Tokio, 6 oktyabr, AZƏRTAC 

Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisi ilk oyunda İtaliya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

AZƏRTAC xəbər verir ki, Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası F qrupunda İtaliya ilə yanaşı, Çin, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq.

Cədvələ əsasən oktyabrın 7-də başlayacaq yarışın ilk günündə Türkiyə yığması Rusiya, Bolqarıstan komandası ABŞ, Çin idmançıları isə Tailand voleybolçuları ilə qarşılaşacaqlar.

Azərbaycan millisi oktyabrın 8-də Çin, 10-da Türkiyə, 11-də isə Bolqarıstan idmançılarına qarşı mübarizə aparacaq.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.