İDMAN


Dünya çempionatının ikinci yarış günündə Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

Bakı, 7 oktyabr, AZƏRTAC

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha iki idmançısı mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, çempionatda kişilər arasında yarışan Nəriman Mirzəyev (73 kq) ilk qarşılaşmada Demirel Umalta (Türkiyə) məğlub olub. Komandamızın digər üzvü Rita Əliyeva (57) qadınların mübarizəsində startda Marta Favazə (Fransa) uduzub.

Qeyd edək ki, turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanıb.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.