İDMAN


Dünya çempionatının səfiri Yana Batırşina Milli Gimnastika Arenasında azarkeşlərlə görüşüb

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının səfiri Yana Batırşina sentyabrın 16-da azarkeşlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan görüşdə Y.Batırşina şəxsi imzası ilə tamaşaçılara xüsusi kartlar hədiyyə edib və onlarla xatirə şəkilləri çəkdirib.

Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı “Qur-Qur” da tamaşaçılar arasında olub. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” təəssüratlarını azarkeşlərlə bölüşüb.

Y.Batırşina beşqat Avropa, yeddiqat dünya çempionudur. Rusiyalı gimnast 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.