CƏMİYYƏT
Dünya çempionu Rəsul Çunayev onlayn formatda gənclərlə görüşüb





Bakı, 11 sentyabr, AZƏRTAC
“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünya çempionu, Avropa Oyunlarının qızıl mükafatçısı və “Tərəqqi” medallı Rəsul Çunayevin idman ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülərlə görüşü olub.
R.Çunayev yunan-Roma güləşinin çətinlikləri, çempionatlarda üzləşdiyi problemlər, onların həll yolları, eləcə də qazandığı nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs edib. O, gələn il baş tutacaq Tokio Olimpiadasının gələcək karyerası üçün önəmini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra R.Çunayev sualları cavablandırıb, gənclərə tövsiyələrini verib.
Tədbir “Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, “Azərbaycan İdman Könüllüləri” və “Azərbaycan İdmançıları” İctimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılıb.