DÜNYA


Dünya ərzaq qıtlığı ilə qarşılaşacaqmı?

Berlin, 1 aprel, AZƏRTAC

Almaniyalı ekspertlər tüğyan edən koronavirus pandemiyasının fəsadlarından biri kimi ərzaq qıtlığı yarana biləcəyini proqnozlaşdırırlar.

Bu proqnoz onunla bağlıdır ki, dünyanın idxal-ixrac şəbəkəsinin və daxili bazarın parçalanması kənd təsərrüfatı işlərinin iflası ilə nəticələnə bilər. Ölkə bir müddət özünün strateji ehtiyatlarından istifadə edəcək. Bəs sonra nə baş verəcək? Axı tərəvəzi, taxıl bitkilərini yetişdirmək, heyvandarlıq məhsullarını istehsal etmək yalnız əhalinin tam məşğulluğu şərtilə mümkündür. Sıra xəttinin hər hansı komponenti pozulduqda isə bunun fəsadları dərhal özünü göstərir.

AZƏRTAC xəbər verir ki, həmin proqnozu verən ekspertlər Avropa İttifaqı rəhbərliyini və üzv dövlətlərin hökumətlərini bu mövzunun öyrənilməsinə ciddi yanaşmağa çağırıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.