DÜNYA


Dünya ictimaiyyəti işğal olunmuş ərazilərdəki mədəni irsin qorunmasına xüsusi diqqət ayırmalıdır

Tbilisi, 19 iyul, AZƏRTAC

İşğal olunmuş ərazilərdəki mədəni irsin qorunması çox vacibdir. Dünya ictimaiyyəti buna xüsusi diqqət ayırmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Vaşinqtonda din azadlığı məsələlərinə həsr olunmuş konfransda səsləndirib.

Nazir ölkəsindəki mədəni müxtəliflik, tolerantlıq mühiti, bütün dinlərin bərabər şəraitdə dövlətdən yardım alması barədə məlumat verib, Gürcüstan ərazisinin 20 faizinin işğal olunduğunu və bu ərazilərdə mədəni irsin talan edildiyini, dağıdıldığını bildirib.

Nazir işğal altında olan ərazilərdə insan haqları barədə də məlumat verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.