MƏDƏNİYYƏT


“Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun ikinci iş günü İçərişəhərdə davam edib

Bakı, 25 iyun, AZƏRTAC

“Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun ikinci iş günü İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda davam edib.

AZƏRTAC xəbər verir ki, “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar” mövzusunda davam edən məruzələrdə ilk olaraq qurumun idarə heyətinin üzvi Cavid Kazımov “Bakının tarixi mərkəzinin qorunması və universal dəyər” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində İçərişəhərin tarixi, buradakı qədim abidələr, tikililər, muzeylər haqqında ətraflı məlumat verib.

Sonra forum iştirakçılarının sualları cavablandırılıb, sənədli film nümayiş olunub. Ekran əsəri İçərişəhər ərazisində Məhəmməd məscidi, Qız Qalası və Qüllə, eləcə də Şirvanşahlar Sarayı və Bəylər məscidində aparılan bərpa işlərini əks etdirib.

Günün ikinci yarısında dəyirmi masa şəklində davam edən forum “İdarəetmə və bərpa-konservasiya” məsələlərinə həsr olunub. Müzakirələrdə UNESKO-nun şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner “Müasir şəhərlərdə irsin qorunması” mövzusunda fikirlərini bölüşüb. Daha sonra müstəqil ekspert Fuad Axundov “Bakı: XIX-XX əsr memarlıq və mədəniyyət inqilabı” adlı təqdimatla çıxış edib. Həmçinin Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yanqın moderatorluğu ilə “Qlobal çağırışlar üçün yerli anlayışlar” mövzusunda “Mədəni irsin qorunması və bərpası. Niyə vacibdir?” istiqamətli müzakirələr aparılıb.

Forumun gündəliyi iştirakçıların İçərişəhər turu ilə yekunlaşıb.

Qeyd edək ki, “Dünya irsi. Gənc Peşəkarlar Forumu” UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib. İyulun 2-dək davam edəcək forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.