İDMAN


Dünya kuboku: Şahmatçılarımız cavab oyunlarında iştirak edəcəklər

Bakı, 16 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün şahmatçılarımız cavab oyunlarında iştirak edəcəklər. Belə ki, altmış dörddəbir finalda şahmatçılarımız Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke ilə yenidən üz-üzə gələcəklər. Otuz ikidəbir finalda isə qadın şahmatçılarımız Günay Məmmədzadə sloveniyalı Laura Unuk, Gülnar Məmmədova isə gürcüstanlı Lela Javakişvili ilə qarşılaşacaq.

Qeyd edək ki, təmsilçilərimizin rəqibləri ilə birinci görüşləri heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.