İDMAN
Dünya kuboku: Şahmatçılarımızın bugünkü görüşləri heç-heçə nəticələnib
Bakı, 15 iyul, AZƏRTAC
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldıqları dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 15-də şahmatçılarımızdan daha üçü mübarizəyə qoşulub. Belə ki, mübarizəyə 1/64 finaldan başlayan Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, 1/32 finalda isə Günay Məmmədzadə sloveniyalı Laura Unuk ilə heç-heçə ediblər. Birinci mərhələdə uğurla çıxış etmiş Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Cavakişvili ilə görüşlərində də qalib müəyyənləşməyib.
Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]