İDMAN


Dünya kuboku: Şahmatçımız Vasif Durarbəyli növbəti mərhələyə vəsiqə qazanıb

Bakı, 19 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin cavab oyunları keçirilib. Belə ki, otuzikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyana qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçımız rəqibi ilə tay-brekdə mübarizə aparacaq. Vasif Durarbəyli isə çexiyalı David Navaranı 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Yığmamızın digər üzvləri - Nicat Abasov rusiyalı Andrey Yesipenko, Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paetsə məğub olaraq yarışla vidalaşıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.