İDMAN


Dünya kuboku: Vasif Durarbəyli mübarizəni dayandırıb

Bakı, 26 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Vasif Durarbəyli səkkizdəbir finalda hindistanlı Santoş Viditə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya kubokuna ümumilikdə Azərbaycanın 7 şahmatçısı qatılmışdı. Belə ki, 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) bundan əvvəlki mərhələlərdə uduzaraq yarışla vidalaşıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.