İDMAN


Dünya kuboku: Vasif Durarbəyli səkkizdəbir finala vəsiqə qazanıb

Bakı, 24 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, on altıdabir finalda şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorovla tay-brekdə qarşılaşıb. Rəqibini 4:2 hesabla məğlubiyyətə uğradan şahmatçımız səkkizdəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, dünya kubokuna qatılan Azərbaycanın 7 şahmatçısından 6-sı (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.