İDMAN


Dünya kubokunun birinci turunda şahmatçılarımızın rəqibləri məlum olub

Bakı, 11 avqust, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib.

AZƏRTAC xəbər verir ki, Xantı-Mansiyskdə 128 şahmatçının, o cümlədən Azərbaycanın 5 şahmatçısının qatılacağı nüfuzlu yarışda ilk rəqiblər məlum olub. Birinci turda Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov farerli Helci Deam Ziska, Arkadi Naydiç almaniyalı Niklas Huşenbert, Eltac Səfərli amerikalı Sem Şankland, Nicat Abbasov polşalı Kasper Piorunla mübarizə aparacaqlar.

Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.

Şahmatçılarımız Ş.Məmmədyarov və T.Rəcəbovun iddiaçılar turnirinə FIDE-nin Qran-priləri vasitəsilə də vəsiqə əldə etmək imkanları var. Ümumiyyətlə, hər iki şahmatçımızın iddiaçılar turnirinə düşməsi üçün dünya kuboku daha bir şansdır.

Sentyabrın 9-da start götürəcək turnirin ümumi mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır. Turnirin qalibi 110 min dollar mükafat alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.