Dünya liderləri bu gün virtual “Münhen”nə toplaşacaqlar
AzerTAg.az
Bakı, 19 fevral dekabr, AZƏRTAC
Bu gün Münhen Təhlükəsizlik konfransının xüsusi sessiyası keçiriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, virtual sessiyada ABŞ və Fransa prezidentləri Cozef Bayden və Emmanuel Makron, AFR-in və Böyük Britaniyanın hökumət başçıları Angela Merkel və Boris Conson iştirak edəcəklər.
Tədbirə, həmçinin BMT-nin Baş katibi Antoniu Quterreş, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, ABŞ-ın iqlim məsələləri üzrə komissarı Con Kerri və milyarder Bill Geyts qatılacaqlar.
Sessiyada Transatlantik əməkdaşlığı, qlobal çağırışlarla bağlı məsələlər müzakirə olunacaq.
Təşkilatçılar qeyd edirlər ki, bu sessiya Münhen konfransının əvəzlənməsi demək deyil. Epidemioloji vəziyyət imkan verdiyi təqdirdə ənənəvi konfrans əyani formatda təşkil olunacaq. Son əlli ildə ilk dəfədir ki, COVID-19 pandemiyası səbəbindən Münhen Təhlükəsizlik konfransını qrafik üzrə keçirmək mümkün olmayıb.

Xəbərin mətnində orfoqrafik səhv var