CƏMİYYƏT
Dünya miqrasiya trendlərinin miqrasiya siyasətinə təsirinə dair seminar keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) aparatında Xidmətin əməkdaşları üçün “Dünya miqrasiya trendləri və bu trendlərin miqrasiya siyasətinə təsiri məsələləri” mövzusunda seminar təşkil olunub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, seminarda dünyanın nüfuzlu Sasseks və Maastrixt universitetlərinin professoru, miqrasiya sahəsində tanınmış alim Ronald Skeldonun mühazirəsi dinlənilib.
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində təşkil edilmiş seminarda R.Skeldon dünyada miqrasiya prosesləri, yeni miqrasiya trendləri və bu trendlərin miqrasiya siyasətinə təsiri kimi aktual məsələlər haqqında geniş təqdimatla çıxış edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Tanınmış alim Xidmət əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]