Dünya musiqisinin nümunələri azərbaycanlı bəstəkarın redaktəsində
AzerTAg.az
Bakı, 17 avqust (AZƏRTAC). Dekabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin simfonik orkestr üçün redaktəsində görkəmli Avstriya bəstəkarı Arnold Şönberqin, Rusiya-Amerika bəstəkarı Artur Luryenin əsərlərindən, həmçinin bəstəkarın öz əsərindən ibarət konsert olacaq.
AZƏRTAC bəstəkar Fərəc Qarayevin rəsmi saytına istinadla xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri tərəfindən Arnold Şönberqin “İntizar”, Artur Luryenin “Synthèses”, həmçinin F.Qarayevin “Vingt ans après — nostalgie…” əsərləri səslənəcək.
Dirijor Xalq Artisti Rauf Abdullayev, solist Əməkdar Artist Fəridə Məmmədovadır.
Xəbərin mətnində orfoqrafik səhv var