CƏMİYYƏT


Dünya şöhrətli “Sofiya” robot Bakıda çıxış edəcək

Bakı, 29 iyul, AZƏRTAC

Oktyabrın 27-28-də Bakıda “Keepface DMCC” və “International Trade Events” şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək “Global Influencer Day” tədbiri çərçivəsində dünya şöhrətli robot “Sofiya”nın çıxışı olacaq.

AZƏRTAC tədbirin rəsmi saytına istinadla xəbər verir ki, “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı “Sofiya” insana xas olan nitq qabiliyyətinə, yumor hissinə malikdir və müəyyən edilmiş suallara cavab verə, həmçinin qoyulmuş mövzulara aid sadə söhbətlər apara bilər. Göz təması qurmaq və insanları tanımaq üçün bu robot kameralar və proqram sistemi ilə təchiz edilib. “Sofiya” Səudiyyə Ərəbistanı vətəndaşı da elan olunub.

Tədbirdə “Google”, “Microsoft”, “Forbes” və “Instagram” şirkətlərinin yüksək səviyyəli menecerləri də iştirak edəcəklər.

Növbəti ay ərzində tədbirin əsas spikerlərinin adları açıqlanacaq. Məlumata görə, iki həftə müddətində biletlər təşkilatçı şirkət “FA International Trade Events” tərəfindən satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.