REGİONLAR


Dünya şöhrətli alim Əziz Səncər Şuşaya səfər edib

Bakı, 4 dekabr, AZƏRTAC

Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünyaşöhrətli alim Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Cahit Bağçı tviter səhifəsində paylaşıb.

“Yayın ayrı, qışın ayrı gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür. Şuşadan Kəlbəcər, Murovdağına və Cıdır düzündən Xocalıya və Böyük Qafqaz dağlarına salam olsun”, - deyə səfir yazıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.