MƏDƏNİYYƏT


Dünya şöhrətli baletmeyster ölkəmizlə xoreoqrafiya sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı, 10 aprel, AZƏRTAC

Mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 10-da dünya şöhrətli rusiyalı baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetski ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, A.Plisetski Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun dəvətinə əsasən ölkəmizdə səfərdədir.

Qonağı səmimi salamlayan nazir Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində əldə olunan nailiyyətlər, mədəniyyətin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı və bununla bağlı görülə biləcək işlər haqqında danışıb.

Azərbaycan ilə Rusiya arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də mövcud əməkdaşlığın inkişaf etdirildiyini vurğulayan Əbülfəs Qarayev bu sahədə uzun illərdir çalışan görkəmli baletmeyster Azari Plisetskinin zəngin təcrübə və biliklərindən yararlanmağın tərəfdarı olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qonaq ölkəmizlə xoreoqrafiya sahəsində birgə çalışmaq istədiyini, təkmilləşmə və təcrübə kursları üçün lazımi yardım və dəstək göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, səfər çərçivəsində A.Plisetskinin aprelin 12-də Nizami Kino Mərkəzində balet sənətinin dünyaca məşhur nəsilləri – Plisetskilər və Messererlər haqqında kitabın və sənədli filmin təqdimatında, habelə aprelin 11-12-də Heydər Əliyev Sarayında “Kreml baleti” Teatrının təqdimatında F.Əmirovun “Min bir gecə” baletinin (tamaşanın quruluşu rəssamı Tahir Salahovdur) nümayişində fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.