MƏDƏNİYYƏT


Dünya şöhrətli müğənni Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, heykəlin hazırlanmasında artıq ilkin mərhələ başa çatıb. Bir neçə ölçüdə gipsdən qəlib hazırlanıb ki, onun da üzərində ilkin proseslər aparılır. Bu da öz növbəsində ərsəyə gətiriləcək heykəlin hazırlanmasında böyük rol oynayır. Əsərin müəllifi Xalq rəssamı Ömər Eldarovdur.

Heykəlin hazırlanması üzərində işlərin artıq bir hissəsi yekunlaşıb. Xalq rəssamının sözlərinə görə, postamentin hazırlanmasına müəyyən vaxt lazımdır. Hazırda bürüncdən tökülmə mərhələsi həyata keçirilir. Yaxın günlərdə hazırlanma prosesi başa çatacaq. Lakin əsərin nə vaxt qurulacağı, hələ ki, məlum deyil.

Müəllif onu da qeyd edib ki, ərsəyə gətirilən heykəl Dənizkənarı Milli Parkda ucaldılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin martın 12-də Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.