DÜNYA


Dünya üzrə 4 milyard 310 milyon dozadan çox COVID vaksini vurulub

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 310 milyonu ötüb.

AZƏRTAC vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 790 milyon doza ilə dünya ölkələri arasında liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 489 milyon 342 min, ABŞ-da 348 milyon 100 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (147 milyon 210 min), Almaniya (93 milyon 750 min), Yaponiya (92 milyon 340 min), Böyük Britaniya (85 milyon 660 min), Fransa (75 milyon 280 min), Türkiyə (74 milyon 634 min) və İndoneziya (70 milyon 470 min) daxildir.

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometer” portalının məlumatına əsasən, hazırda dünya üzrə yoluxma sayı 201 milyon 238 mini keçib, 4 milyon 274 mindən çox insan isə həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.