CƏMİYYƏT


“Dünya və gənclər yeni şəraitdə” onlayn forumu keçiriləcək

Bakı, 10 aprel, AZƏRTAC 

Bu həftə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin 2 onlayn iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclaslarda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2020-ci il üçün icrası müzakirə olunub. İclas zamanı karantin dövründə nazirliyin və onun yerli qurumlarının respublika səviyyəsində fəaliyyətinin onlayn formatda təşkili, intellektual inkişaf, asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi, gənclər üçün rəqəmsal məhsulların, eyni zamanda, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və digər məsələlər diqqət mərkəzində olub.

Aprelin 11-də isə “Dünya və gənclər yeni şəraitdə” onlayn Forumunun keçirilməsi qərara alınıb. Forumda müxtəlif gənclər qrupları ilə yanaşı, Milli Məclisin deputatlarının və əlaqədar dövlət orqanlarının əməkdaşlarının da iştirakı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.