ELM VƏ TƏHSİL


“Dünya və teatr Qodonu gözlərkən” mövzusunda beynəlxalq konfransa məqalə qəbulu aparılır

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Dünya və teatr Qodonu gözlərkən” mövzusunda keçiriləcək beynəlxalq teatr konfransına məqalə qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, universitetin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində onlayn formatda keçiriləcək konfrans noyabrın 22-23-də təşkil ediləcək.

Konfransda iştirak etmək istəyənlər ərizə və məruzəni elektron formada oktyabrın 15-dən gec olmayaraq [email protected] ünvanına göndərməlidirlər. Konfransın məqsədi dünya və teatr “Qodonu gözlərkən” vəziyyətinə düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini, müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini qismən də olsa aydınlaşdırmaq və çoxsaylı suallara səslər, fikirlər polifoniyasında cavab axtarmaqdır. Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri, həmçinin doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir. “Zoom” platforması üzərindən keçiriləcək konfransın işçi dilləri Azərbaycan, rus, fars, türk və ingilis dilləridir. Konfransın linki tədbirdən bir neçə gün əvvəl iştirakçıların e-mail ünvanına göndəriləcək.

Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat oktyabrın 20-dək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq. Qəbul edilmiş məruzələrin konfransdan sonra PDF formatında toplu halına salınması və iştirakçıların e-mail ünvanına göndərilməsi nəzərdə tutulur.

Konfrans haqqında daha ətraflı məlumat və məruzənin tərtibi qaydaları ADMİU-nun rəsmi saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.