İDMAN


Dünya yaş qrupları yarışlarında qızlar arasında tamblinq yarışının qalibləri müəyyənləşib

Bakı, 25 noyabr, AZƏRTAC

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında 15-16 yaşlı qızlar arasında tamblinq yarışının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bütün rəqiblərini qabaqlayan Rusiya təmsilçisi Arina Kaliandra 34,100 xalla qızıl medala sahib olub.

Böyük Britaniya təmsilçiləri Naana Oppon (34 xal) və Komfort Yites (33,300 xal) ilk üçlüyü tamamlayıblar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.